Kompleks SEO

Kompleks SEO xidməti veb saytınıza sektorunuzla əlaqəli açar sözlər üzrə trafik çəkmək və Google axtarışlarında veb saytınızı ilk sıralara gətirmək üçün vacib bir xidmətdir. Kompleks SEO ilə veb saytınızın sayt daxili, sayt xarici və texniki optimallaşdırmasını həyata keçirərək veb saytınızın SEO performansını və gəlirlərinizi artırırıq.

Kompleks SEO, yalnız saytın axtarış motorları üçün optimallaşdırılmasını deyil, həm də istifadəçi təcrübəsini, məzmun strategiyasını və saytın texniki tərəflərini nəzərə alaraq daha geniş bir yanaşma təqdim edir. Bu xidmətin əsas məqsədi, saytın ümumi görünürlülüyünü və sıralamalarını artırmaqdır. Detallı açar söz araşdırması, səhifə sürətinin optimallaşdırılması, mobil uyğunluq və səhifə strukturu kimi texniki SEO tədbirləri kompleks SEO xidmətinin vacib hissəsidir. Bu yanaşma həmçinin istifadəçi davranışını izləyərək, saytın dizaynını və interaktivliyini yaxşılaşdırmağı da nəzərdə tutur.

Kompleks SEO həmçinin backlink qurulması və məzmun marketinqi ilə əlaqəli addımları əhatə edir. Yüksək keyfiyyətli və təbii backlinklər qurmaq domen gücünü artırmağa kömək edir. Bu çoxşaxəli SEO yanaşması, saytın uzunmüddətli uğurunu təmin etməyə yönəlmişdir və axtarış motoru sıralamalarında yüksək nəticələr əldə etməyə kömək edir.

kompleks seo xidməti

Kompleks SEO xidməti prosesi:

Kompleks SEO xidməti zamanı biz aşağıdakı addımları həyata keçiririk:

  1. Sayt daxilindəki məzmunların auditi.
  2. Kateqoriya və xidmət səhifələrinin SEO-ya uyğun formada optimallaşdırılması.
  3. Açar söz araşdırması ilə hədəflənməli olan açar sözlərin müəyyən olunması.
  4. Bazarın və rəqiblərin detallı analizi.
  5. Texniki xətaların aşkar edilməsi və aradan qaldırılması.
  6. Məzmun strategiyasının yaradılması.
  7. Məzmunların SEO kriteriyalarına uyğun formada hazırlanması və sayta yerləşdirilməsi.
  8. Lokal SEO təkmilləşdirmələri ilə saytı Google xəritə nəticələrində ilk sıralara gətirmək.
  9. Backlink auditi ilə zərərli backlinklərin saytdan təmizlənməsi.
  10. Backlink strategiyasının qurulması.
  11. 404 xətalarına nəzarət.
  12. Yönləndirmələrin izlənməsi və düzəldilməsi.
  13. “Crawl” büdcəsinin optimizasiya olunması üçün sayt daxili tədbirlər.
  14. Sayt sürətinin artırılması üçün texniki tapşırıqların hazırlanması.
  15. Dublikat məzmunların saytdan SEO-ya uyğun formada təmizlənməsi.

Yuxarıda saydığımız xidmətlər kompleks SEO xidməti zamanı göstərilən xidmətlərdir.

Kompleks SEO xidməti ilə axtarışda #1 olun

Kompleks SEO xidməti detallı SEO optimallaşdırmaya ehtiyac duyan saytlar üçün ideal xidmətdir. Kompleks SEO ilə siz saytınızın axtarış nəticələrində ilk sıralarda görünməsini təmin edə bilərsiniz.

Mail: salam@kolab.az

Mobil: +994 51 797 78 58

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir